Rusiya rəsmiləri Çeçenistannın Qroznı şəhərindəki restoranda baş verən bomba partlayışı nəticəsində 5 polis işçisi daxil edilməklə, azı 9 nəfərin yaralandığını bildirirlər. Prokurorlar hadisənın açıq havada olan kafedə baş verdiyini deyirlər.
Rusiya baş prokurorunun sözçüsünün bildirdiyinə görə, dünən axşam həyata keçirilən bomba hücümünda hədəf polis işçiləri olub. Fransa xəbər agentliyinin məlumatına əsasən partlayış nəticəsində kafenin damı dağılmış, pəncərələrin şüşələri sınmışdır.