Accessibility links

ABŞ prezidenti italiyalı həmkarı ilə görüşüb


ABŞ prezidenti Corc Buş Romada İtaliya rəsmiləri ilə İranın nüvə proqramı və İtaliyanın Əfqanıstandakı hərbi rolunu müzakirə edib. Prezident əvvəlcə italiyalı həmkarı Giorgio Napolitano, daha sonra isə baş nazir Silvio Berluskoni ilə görüşü keçirib. ABŞ prezidenti beynəlxalq mübadilə proqramlarının əhəmiyyətini xüsusi qeyd edərək, bu kimi proqramların Amerika barədə həqiqətlərin öyrənilməsinə xidmət etdiyini deyib. Sabah prezident Buş Roma Papası Benediktlə görüşməlidir. Corc Buşun İtaliya səfəri kütləvi etiraz aksiyaları ilə müşayiət edilir.
XS
SM
MD
LG