Accessibility links

ABŞ-da müsiqi piratçılığı ilə ən çox məşğul olan tələbələrdir


Tələbələrin İnternetdən musiqini qeyri-qanuni yolla lentə yazmaları hal-hazırda debatlara səbəb olub. Bügünkü məktəb tələbələrinin valideynləri gənc olarkən müsiqini bir-birləri üçün lentə yazırdılar ki, bu da xeyli vaxt aparırdı. Onlar müsiqinin nüsxəsini vallardan və ya kasetlərdən lentə köçürürdülər.

Bu gün isə dostlar müsiqi mübadiləsini öz aralarında internet vasitəsi ilə sürətlə edirlər. “Peer-to-peer” şəbəkəsi belə mübadilələri asanlaşdırıb. Bu isə çox hallarda qeyri-qanuni edilir.

Beş il bundan əvvəl Amerikanın Səsyazma Sənayesi Assosiasiyası RİAA piratlıq yolu ilə lent yazmaları ilə məşğul olanları ələ keçirmək üçün kampaniya başladıb. Bununla piratlıq yolu ilə lent yazıları qeyi-qanuni oldu. Piratlıq müəlliflik hüququ barədə qanunları pozur ki, bu qanunlar yaradıcılıq əsərlərinin reprodaksiyası və ya icazəsiz satışını qadağan edir.

Sənaye qrupu minlərlə universitet tələbəsini quldurluq yolu ilə səsyazmalarına görə məhkəməyə verib. Tələbələr bəzi hallarda şirkətə bir cərimə ödəyərək mühakimə prosesindən boyun qaçıra bilərlər.

Assosoasiya tələbə şəhərciklərində qeyri-qanuni səs yazmalarının qarşısını almaq məqsədi ilə internetdə xüsusi proqramdan istifadə edir. Lakin bir çox kollec və universitetlər belə texnologiyanın əleyhinədir. Onlar bunun lazım olmayan əlavə vəsaitə səbəb olduğunu deyir və daha çox qeyri-qanuni yollardan internet provayderlərinin istifadə etdiklərini deyirlər.

“ECUKAUZ” adlı təhsil qrupu yüksək səviyyəli texnologiyanın ali təhsil ocaqlarının İnternet sistemlərinə quraşdırılmasının məcburi olması səylərinə qarşı mübarizə aparır. Qrup deyir ki, tələbələrin təqribən 80 faizi tələbə şəhərciyindən kənarda yaşayır və onların əksəriyyətinin öz evlərindən üniversitetlərin İnternet sistemlərinə çıxışı olmur.

Səsyazma Sənayesi Assosiasiyası bildirir ki, tələbələrin hədəf alınmasının əsas səbəbi onların quldurluq yolu ilə səs yazmasının böyük problem olaraq qalmasıdır. Son araşdırmaların nəticələrinə görə, film və müsiqini piratlıq yolu ilə yazanlar əsas olaraq kollec tələbələridir.

Sənaye qrupu bu məsələ ilə əlaqdar Konqresi də qərar qəbul etrməyə çağırır. Konqresin Nümayəndələr Palatası fevral ayında ali təhsil barədə qanun layihəsinə piratlıqla mübarizə barədə bir maddənin əlavə olunmasını da təstiq edib.
XS
SM
MD
LG