Accessibility links

Koalisiya qüvvələri İraqda Əl-Qaidə yaraqlısı olduğundan şübhəli iki şəxsi qətlə yetirib


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, koalisiya qüvvələrinin ölkənin mərkəzi və şimal bölgələrində keçirdiyi ayrı-ayrı əməliyyatlar zamanı Əl-Qaidə yaraqlısı olduğundan şübhəli iki şəxsi qətlə yetirib, 33 nəfər saxlanılıb. Hərbi qüvvələrin bəyanatında bildirilir ki, bu insident zamanı İraqda Əl-Qaidə qrupu ilə əlaqəsi olan yaralıqlar Mosulda koalisiya qüvvələrinə atəş atıblar. Əsgərlərin cavab atəşi açdığı, bir yaraqlının qəltə yetirildiyi, dozzuz nəfərin yaralandığı bildirilir. Koalisiya qüvvələrinin verdiyi məlumata görə,əsgərlər bu gün Mosulda həmçinin terrorçuların gizləndiyi sığınacağı aşkar edərək məhv ediblər. Sığınacaqda toqquşma zamanı bir nəfər yaraqlı öldürülüb.

XS
SM
MD
LG