Accessibility links

İran uran zənginləşdirilməsini davam edəcək


Artan beynəlxalq təzyiqlərə baxmayaraq, İran uran zənginləşdirilməsini davam etdirəcəyini bildirir. İranın dövlət xəbər agentliyi bu xəbəri xarici işlər nazirinin müavini Əli Reza Şeyx Əttara istinad edərək açıqlayıb. Britaniya dünən İranın ən iri bankının vəsaitlərini donduracağını bildirib. İranın həftəlik məcmuəsi yazır ki, Tehran bu yaxınlarda dondurulmanın qarşısını almaq üçün Avropa banklarından 75 milyard dollar çıxarıb. Bank rəsmiləri bu xəbəri təsdiq etməyiblər. Avropa Biurliyinin xarici siyasət üzrə nümayəndəsi Haviyer Solanan şənbə günü iqtisadi stimul paketini İran hökumətinə təqdim edib. İran təklifi ətraflı araşdırdıqdan sonra cavab verəcəyini bildirib.




XS
SM
MD
LG