Accessibility links

ABŞ Konqresində dinləmələr: "Qafqaz: Dondurulmuş münaqişələr və bağlı sərhədlər"


Dövlət katibinin yardımçısı Daniyel Frid ABŞ-ın regionda siyasətinin əas istiqamətlərini göstərərək, hər bir ölkənin qarşılaşdığı çətinliklər və Birləşmiş Ştatların onlara yardımı haqda danışdı.

O, Azərbaycanla təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın inkişaf etdirildiyini, Azərbaycan prezidenti İlham Əliyevlə məhsuldar münasibətlərin qurulduğunu qeyd etdi.

Daniyel Frid ABŞ-ın məqsədlərinin təmin olunmasında iqtisadi və siyasi islahatların əhəmiyyətini vurğuladı. O, Azərbaycan qarşısında duran ən böyük problemin Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu dedi. Cənab Frid bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburq görüşünü mühüm addım kimi qiymətləndirərək, tərəflərin Minsk prosesini davam etdirmək əzmində olduqlarını qeyd etdi.

Amerikanın səsinə müsahibəsi zamanı Dövlət katibinin yardımçısı dedi ki, dinləmələr Konqresin Cənubi Qafqaz regionu ilə dərindən maraqlandığını və bu ölkələrin suverenliyi kimi məsələlərə nə dərəcədə önəm verdiyini göstərir.

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri Hovard Berman dondurulmuş münaqişələrin regionun iqtisadi və siyasi inteqrasiyasına təsirləri və ABŞ-ın münaqişlərin həlli istiqamətində xarici siyasət sahəsində fəaliyyətlərini önə çəkdi.

Müzakirələrin gedişi zamanı əsas diqqət Türkiyənin Ermənistanla sərhəddi bağlaması, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli, ermənilərin iddia etdiyi soyqırımın tanınması kimi məsələlərə yönəldi.

Konqresdə Azərbaycan kokusunun üzvü konqresmen Bil Şuster regoinda sabitliyin bərqərar edilməsinin vacibliyini qeyd etdi. O, 907-ci əlavənin hələ də Azərbaycan üzərində qaldığını bildirərək, ABŞ hökumətinin onun aradan qaldırılması istiqamətində hansı işlər gördüyünü soruşdu.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əlliyev Amerikanın səsinə müsahibəsi zamanı müzakirələrin müsbət olduğunu bidirdi. Onu sözlərinə görə, Xarici Əlaqələr komitəsində Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin göstərilməsi əhəmiyyət kəsb edir.

Dövlət katbinin yardımçısı Daniyel Firidin sözlərinə görə, dinləmələr göstərir ki, Amerikada prezident seçki ili olmasına baxmayaraq, hakimiyətin icraedici və qnunverici qolları ABŞ-ın Qafqaz regionunda strateji maraqlarını yaxşı başa düşür və Birləşmiş Ştatların bölgədə sülh və tərəqqiyə nail olmaq kimi başlıca maraqlarının təmin olunması üçün birgə işi davam etdirəcək.


XS
SM
MD
LG