Accessibility links

İran nüvə proqramını dayandırmaq fikrində deyil


İranın BMT nüvə agentliyi üzrə nümayəndəsinin sözlərinə görə, Tehranın atom fəaliyyətini dayandıracağı təqdirdə yardım paketləri verilməsi təklifinə baxmayaraq, ölkə nüvə proqramını davam etdirəcək. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi Əli Əsgər Soltani İslam respublikasının nüvə zənginləşdirmə proqramını davam etdərəcəyini bildirərək, bunun dinc məqsəd daşıdığını yenidən vurğulayıb. İran deyir ki, dünyanın 6 böyük dövləti – Rusiya, Çin, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-la yardım paketi danışıqlarına hazırdır, ancaq zənginləşdirmədən əl çəkməyəcək. Dünən nüvə agentliyinin baş direktoru Məhəmməd ƏlBaradei İrana hərbi müdaxilənin ölkəni nüvə silahı əldə etmək üçün səylərini sürətləndirməsinə ruhlandıracağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG