Accessibility links

Ağ Ev Zimbabve hökumətindən zorakılığı dayandırmağı tələb edir


Ağ Ev müxalifət lideri Morqan Tsvangiyarın seçkilərin növbəti turunda iştirakdan imtina etdiyini elan etməsindən sonra Zimbabve hökumətindən seçkilərlə bağlı zorakılıqlara son qoymasını tələb edib. Ağ Evin mətbuat katibinin bu gün açıqladığı bəyanatda deyilir ki, Zimbabve hökuməti siyasi opponentlərə hədə-qorxu gəlmək üçün “quldurlar”dan istifadə edir. Mətbuat katibinin bildirdiyinə görə, bütün partiyalara legitim qaydada seçkilərdə iştirak etmək imkanı verilməlidir və onlar hökumətin qeyri-qanuni aksiyalarının hədəfi olmamalıdır.

XS
SM
MD
LG