Accessibility links

Əfqanıstanda koalisiya qüvvələri tərəfindən 15 yaraqlı öldürülüb


Əfqanıstan rəsmiləri Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin Əfqanıstanın Paktika vilayətində bu gün hərbi təyyarələrlə həyata keçirdikləri hücumlar zamanı 15 yaraqlını öldürdüyünü bildirirlər. NATO-nun Beynəlxalq Təhlükəsizlik Yardım Hərbi Dəstəsinin həyata keçirdiyi bu hücum Paktika vilayətinin hökumət binasına hucum edən yaraqlılara qarşı idi. Bu hücum ölkənin Herat vilayətində NATO qüvvələrini hədəf alan və 5 mülki vətəndaşın ölümünə səbəb olan bomba hücumundan bir gün sonraya təsadüf edir. Hücum zamanı 19 nəfərin yaralandığı bildirilir.

XS
SM
MD
LG