Accessibility links

İraqda  daha üç Amerika əsgəri həlak olub


Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiyinə görə, dünən gecə Ninevah yilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı 3 Amerika əsgərinin ölümünə səbəb olub. Bu hücum dünən Sədr şəhərində yerli hökumət binasında həyata keçirilən və 10 nəfərin ölümü ilə nəticələnən partlayışdan bir neçə saat sonra həyata keçirilib. Ölənlər içərisində 2-si əsgər, 2-si isə hökumət işçisi olmaqla, Amerikanın 4 vətəndaşı, bir İtalyan tərcüməçi və 5 İraq vətəndaşı olub. Mosulda maşında yerləşdirilmiş bomba partlayışı iki nəfərin ölümünə, azı 70 nəfərin yaralanmasına səbəb olub. Bunlarla yanaşı xəbər verilir ki, İraq prezidenti Cəlal Təlabani bu gün Vaşinqtonda prezident Buşla görüşür.

XS
SM
MD
LG