ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama maliyyə komandasını
Nyu-York senatoru Hillari Klintonun ona qarşı kampaniyası səbəbi ilə
düşdüyü 10 milyon dollarlıq borcu ödəməyə çağırıb. Xanım Klinton may
ayının sonunda 22 milyondan artıq borcu olduğunu elan etmişdi. İllinois
senatoru sabah sabiq rəqibi ilə görüşür. Xanım Klinton onu maliyyə
vəsaiti toplanışı üzrə müşavirləri ilə tanış etməlidir. Cümə günü
onların birlikdə ilk kampaniyası gözlənilir. Barak Obama bu həftə iki
maliyyə mənbəyinə müraciət edib. O, Kaliforniyanın Los Anjeles
şəhərində Hollivud ulduzları ilə qala mərasiminə qatılıb, habelə
internet vasitəsi ilə ona dəstək verən tərəfdarlarına müraciət edib.
İctimai fondlardan 84 milyon maliyyə dəstəyi əldə edən namizədlər
donorlara müraciət edə bilməz. Lakin ictimai fondlara müraciət
etməyənlərin özəl fondlardan istənilən qədər maliyyə vəsaiti toplamaq
hüququ var.