Accessibility links

Pakistan məhkəməsi Nəvaz Şərifin seçkilərdə iştirakına qadağa qoyub


Pakistan məhkəməsi sabiq baş nazir Nəvaz Şərifin cümə axşamı keçiriləcək parlament seçkilərində iştirakına qadağa qoyub. Lahordakı məhkəmə bunu cənab Şərifin 1999-cu ildə hərbi çevriliş zamanı vəzifəsindən kənarlaşdırıldığı ilə əlaqələndirir. Hökumət Lahor məhkəməsinin çıxardığı qərarı bu gün apelyasiya məhkəməsinə təqdim edib. Əgər cənab Şərif parlamentdə yer əldə edə bilməsə, o, baş nazir ola bilməz. Cənab Nəvaz Şərifin Pakistanın Müsəlman Liqası-N prtiyası isə hakimlərin prezident Pərviz Müşərrəfin təzyiqi altında olduqlarını deyərək, məhkəımənin çıxardığı qərarlara məhəl qoymayacağını deyib.

XS
SM
MD
LG