Accessibility links

ABŞ-Avropa münasibətlərində yaxınlaşma hiss olunur


ABŞ Prezident Corc Buşun bu yaxınlarda Avropaya səfəri onu Sloveniya, Almaniya, İtaliya, Vatikan, Fransa və Britaniyaya apardı. Güman ki, bu, Buşun Avropaya vida səfəri idi. Belə ki, 7 aydan sonra cənab Buşun 8 illik prezidentliyi sona yetəcək. Ekspertlər deyirlər ki, ABŞ-la Avropa Birlyi arasındakı münasibətlər Prezident Buşun ilk 4 illik prezidenliyindən daha yaxşı vəziyyətdədir.

Çarlz Kupçan Vaşinqtonda Xarici Əlaqələr Şurasında çalışır. Onun sözlərinə görə 2003-2004-cü illərdə İraq müharibəsi zamanı son dərəcə pisləşən münasibətlər indi müsbətə doğru istiqamət götürüb. Bir çox təhlilçilər deyir ki, Vaşinqtonla Avropa arasında münasibətləri tənzimləyən başlıca faktor ABŞ-ın İraqa hərbi müdaxilə qərarı və ondan sonra baş verənlər idi. Avropanın müxalifliyinə o zaman Fransız prezidenti Jak Şirak və Alman kansleri Gerhard Şröder başçılıq edirdi. İctimai rəy sorğuları göstərirdi ki, Avropada Amerika haqda azğın və ərköyün imic formalaşmışdı.

Almaniya üzrə Amerika Şurasının prezidenti Vilyam Drozdiakın sözlərinə görə o vaxtdan bəri bir sıra dəyişikliklər baş verib: "Şühə yoxdur ki, ikinci dönəm hakimiyyəti dövründə Buş administrasiyası anladı ki, təkbaşına hərəkət edə bilməz və bu növ siyasət nəticə vermir. Buna görə də onun Avropadakı demokratik müttəfiqlərinə əl uzatmaqdan başqa seçimi qalmırdı."

Lakin Vaşinqton Avropaya əl uzatdıqca iki Amerikapərəst siyasətçi Avropada lider seçildi. Ötən il Nikola Sarkozı Fransa prezidenti qismində Jak Şirakı əvəzlədi. Angela Merkel isə Alman kansleri Gerhard Şröderin yerini tutdu. Çarlz Kupçanın sözlərinə görə İraq müharibəsi artıq ABŞ-la Avropa arasında başlıca məsələ deyil. Onlar daha çox Əfqanıstana, İranın nüvə proqramına və Rusiya ilə münasibətlərdəki gərginliyə diqqət yetirirlər.

Avropa səfərinin hər dayanacağında Prezident Buş İran haqda və Tehrana əlavə təzyiq yolları haqda danışdı. ABŞ prezidentin Avropaya son səfərində nəzərə çarpan bir amil də anti-Buş nümayişlərinin azlığı idi. Alman qəzeti yazırdı ki, Buş hətta düşmən kimi də populyar deyil. Vilyam Dozdiyak bunu onunla izah edir ki, insanlar Buşun rəhbərliyi tərk etdiyini anlayırlar və artıq irəli baxırlar. Prezident Buşun Avropaya səfəri bu qitədə Demokrat namizəd Barak Obamaya qızğın marağın fonunda baş verirdi. Təhlilçi Çarlz Kupçan deyir ki, istər Obama istərsə də Respuibikaçı namizəd Con Makkeyn ABŞ-Avropa münasibətlərinn güclü olmasını arzulayır. Düzdür, Avropalılar onun namizədliyinə daha həvəssiz yanaşırlar. Amma başa düşülür ki, Con Makkeyn mərkəzçidir, onun yürüdəcəyi siyasət Avropalılarln baxışlarına daha çox uyğun gələcək.

XS
SM
MD
LG