Accessibility links

Makedoniyanın islahatlar həyata keçirə biləcək hökumətə ehtiyacı olduğu deyilir


ABŞ-ın yüksək vəzifəli rəsmisi Makedoniyaya xəbərdarlıq edib ki, ölkənin NATO və Avropa Birliyinə daxil olması üçün lazım olacaq islahatları həyata keçirə biləcək bir hökumətin tezliklə yaranmasına ehtiyac var. Makedoniyanın MIA xəbər agentliyinin bildirdiyinə görə ABŞ-ın dövlət katibinin köməkçisi Rozmeri Dikarlo Makedoniya rəsmilərinə xəbərdarlıq edib ki, ölkənin adı barədə Yunanistanla baş verən mübahisəni tezliklə həll etsinlər. Bu məsələ Makedoniyanın NATO-ya daxil ola bilməsi üçün əhəmmiyyətlidir. Xanım Dikarlo Makedoniyanın baş naziri Nikola Gruevski ilə görüşündən sonra açıqlama verib. Makedoniya rəsmiləri yeni koalisiya hökumətinin iyul ayının ortalarına qədər təşkil olunacağını bildiriblər.

XS
SM
MD
LG