Accessibility links

BMT-nin baş katibi Yaponiyadadır


BMT-nin baş katibi Ban Gi Mun iki həftəlik Şərqi Asiya səfərinə Yaponiyadan başlayıb. 3 günlük Tokio görüşləri zamanı Ban Gi Mun İmperator Akihito və baş nazir Yasuo Fukuda daxil edilməklə, Yaponiya liderləri ilə görüşlər keçirməlidir. BMT-nin baş katibi 1997-ci ildə iqlim dəyişikliyi ilə mübarizə protokolunun imzalandığı Kioto şəhərində də olacaq. Ban Gi Mun Çin və daha sonra vətəni Cənubi Koreyaya səfər etməlidir. Daha sonra yenidən Yaponiyaya qayıdıb Böyük Səkkizlərin Hokkaida sammitində iştirak etməlidir.

XS
SM
MD
LG