Accessibility links

İraq altı neft yatağının beynəlxalq tender üçün açıq olduğunu bildirib


İraq höküməti ölkənin neft hasilatını artırmaq səyləri çərçivəsində altı neft yatağının beynəlxalq tender üçün açıq olduğunu bildirib. İraqın neft naziri Hüseyn Əl-Şəhristani bu gün elan edib ki, Remyela, Zubeyr, Qurna Vest, Bay Hassan, Kərkük və Maysan neft yataqlarının istismarı üçün tenderdə iştiraka 35 şirkət buraxılıb. Xarici şirkətlərə aparıcı qərb neft şirkətləri olan Şell, Eksson Mobil, Çevron, BP və Total daxildir. Şəhristani deyib ki, yeni müqavilələr İraqın neft hasilatını gündə 1,5 milyon barrelə qədər artıracaq. İraq hazırda 2,5 milyon barrel neft istehsal edir və bu bunu beş ildə 4,5 milyon dollara çatdıracağına ümid edir.

Şell, Eksson Mobil, BP və Total orjinal olaraq tarixi 1920-ci illərə gedib çıxan İraq Petrolium Kompaninin partnyorları idi. Şirkətlər İraqda neft-qazma işlərini 1979-cu ildə İraqın neft sənayesi milliləşdiriləndən sonra dayandırmışdılar.
















XS
SM
MD
LG