Accessibility links

Zimbabve prezidenti Afrika Birliyinin sammitinə dəvət olunub


Beynəlxalq ictimaiyyətin onun yenidən prezident seçilməsinin legitimliyi barədəki fikirlərindən sonra Zimbabve prezidenti Robert Muqabe Afrika Birliyininin Misirdə keçirilən sammitinə dəvət olunub. Cənab Muqabe konfransa ev sahibliyi edən Misir prezidenti Hüsnü Mübarək və Afrika Birliyinin prezidenti, Tanzaniya prezidenti Jakaya Kikvete tərəfindən səmimi qarşılanıb.

Qeyd edək ki, dünya liderlərindən çoxu Zimbabvedə cümə axşamı keçirilən prezident seçkilərini qeyri-qanuni saymışlar. Lakin Afrika Birliyi liderləri bu tənqidlərə məhəl qoymamışlar.

XS
SM
MD
LG