Accessibility links

BMT Amerika hökumətini kəskin şəkildə tənqid edib


BMT rəsmisi Amerika hökumətini Guantanamo məhbəsindəki 6 müttəhimin mühakimə şəraitinə görə kəskin şəkildə tənqid edib. Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Filip Alston deyib ki, məhkəmə ən adi, beynəlxalq və insan hüquqları standartlarına əməl etməyib. BMT nümayəndəsi bu qanun pozuntularına Guantanamo məhbuslarının vəkillərlə məhdud görüşləri, şifahi dəlillərin qəbulu, müttəhimlərin ittihamnamələrlə tanış edilməməsi və müdafiə məqsədi ilə şahidlərin prosesə cəlb edilməməsi kimi məsələlərin daxil edildiyini bildirib. BMT-nin məhkəmələr üzrə nümayəndəsi Alstonun bu kimi mühakimələrin nəticəsi olaraq çıxarılan ölüm cəzalarının beynəlxalq qanunlara zidd olacağını deyib.

XS
SM
MD
LG