Accessibility links

Qüdsdə qeyri-adi terror aktı həyata keçirilib


Bu gün bir Fələstinli buldozeri Qüdsün mərkəzinə sürərək 6 nəfərin həyatına son qoyub. Hadisə nəticəsində 45 nəfər isə yaralanıb. Mülki geyimli bir əsgər onu öldürüb və polis deyir ki, insident terror aktıdır. Şahidlərin sözlərinə görə, şəhərin əsas avtobus dayanacağı yaxınlığında insanların daha çox olduğu Caffa küçəsində buldozerin maşınların üzərindən keçməsi, abtobusu aşırması və binalara xəsarət yetirməsi Qüdsdə xaos və təşviş səhnələrinin yaranmasına səbəb olub. Polis sözçüsü Miki Rosenfeld Amerikanın səsinə deyib ki, insident terror hücumu idi və buldozer sürücüsü Qüdsün əsas ərzaq bazarına istiqamətlənibmiş. Həmas və Cihad qrupunun yaraqlıları isə buldozer insidenti ilə əlaqlərinin olmadığı bildiriblər.

XS
SM
MD
LG