Accessibility links

Livanın rəqib fraksiyaları razılıq əldə etməyə yaxındır


Livanın baş naziri Fuad Siniora deyib ki, ölkənin rəqib partiyaları həftələrdir sürən gərginliyə son qoyacaq və milli birlik hökumətinin yaradılması il nəticələnəcək razılığın əldə olunmasına yaxındır. Baş nazir Fuad Sinioranın bildirdiyinə görə, yeni hökumətin təşkil səyləri davam etdirilir və razılıq yaxın zamanlarda əldə edilməldir. Cənab Siniora bu açıqlamları bu gün xristian müxalifət lideri Mişel Aounla görşüdən sonra verib. Livanın müxalifəti və qərb tərəfdarı hökuməti nazirlər kabinetində əsas vəzifələrə görə mübahisələr aparır. Tərəflər may ayında ərəb dövlətlərinin vasitəçiliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən qoruyan razılığı imzalamışdı.

XS
SM
MD
LG