ABŞ prezidenti Corc Buş bildirib ki, Pekin Olimpiya oyunlarının açılış
mərasimində iştirak edilməməsi Çin xalqına təhqir olmaqla yanaşı, Çinlə
münasibətləri mürəkkəbləşdirə bilər. Prezident Çinin insan hüquqları
sahəsində vəziyyəti yaxşılaşdırmalı olduğunu desə sə, bu narahatlıqlara
Olimpiadanın bəhanə göstərilməsinə ehtiyac olmadığını bildirib. Bu gün
62 yaşı tamam olan prezident Buş bunları Yaponiyanın baş naziri Yasuo
Fukuda ilə birgə mətbuat konfransında deyib. Yaponoya lideri də
Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcəyini bəyan edərək,
oyunların siyasətə qarışdırılmamalı olduğunu deyib.