Birləşmiş Ərəb Əmirlikləri İraqın 7 milyard dollarlıq borcunun
bağışladığını və yeni səfir təyin etməklə Bağdadla diplomatik əlaqələri
bərpa etdiyini elan edib. Əmirliyin rəsmi xəbər agentliyi ölkə
prezidentinə istinadən bildirir ki, bağışlanan məbləğin 4 milyardı
İraqın əmirliklərə borçu, qalanı isə onun faizləridir. Birləşmiş Ərəb
Əmirlikləri hazırda Hindistanda çalışan səfir Abdulla Əl-Şehhini İraqa
səfir təyin edib. Bu təyinat İraqın baş naziri Nuri Əl-Malikinin
əmirliklərə rəsmi səfəri zamanı edilib.