Accessibility links

Amerikanın İrana mal ixracı 10 dəfə artıb


Amerikanın ticarət göstəricilərinə dair hesabatında bildirilir ki, 2001-ci ildən bəri İrana ixrac ABŞ hökumətinin Tehrana qarşı daha sərt sanksiyalar çağırışına baxmayaraq artıb. Associated Pressin bidliridiyinə görə, Amerikanın İrana mal ixracı prezident Buşun prezidentiliyi dövrünün ilk ili ilə müqayisədə görünməmiş dərəcədə-10 dəfə yüksəlib. Amerika rəsmilərinin İranı nüvə fəaliyyətləri və terrorizmi dəstəkləməkdə günahlandırmalarına baxmayaraq, onlar İran xalqına yardım edilməklə yanaşı, İran liderlərinə təzyiq göstərildiyini deyirlər. İrana ixracat qeyri-qanuni olmasa da, Tehranla ticarət əlaqələrinin koordinasiya edilmədiyi bildirilir. 2001-ci ildən ABŞ İrana 158 milyon dollarlıq siqaret olmaqla, 550 milyon dollar məbləğində ərzaq, sənaye malları və digər məhsullar ixrac edib.

XS
SM
MD
LG