Pakistan
deyir ki,
sabiq baş nazir Benazir Bhuttonun qətli ilə bağlı BMT-nin təhqiqat təklifinə
dair təşkilatla hərtərəfli anlaşma əldə olunub. Pakistan xarici işlər naziri
Şah Mahmud Qreşi xanım Bhuttonun qətlinin araşdırılmasına dair müstəqil
komissiyanın yaradılması barədə müzakirə aparmaq üçün dünən BMT baş katibi Ban
Ki Munla görüşüb. Cənab Banın ofisi bildirib ki, baş katib bu tələbə müsbət
münasibət bildirib, ancaq o, Pakistan və BMT-nin başqa rəsmiləri ilə daha çox
məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb. Pakistan ali
diplomatının sözlərinə görə, o, habelə BMT Təhlükəsizlik Şurasının 5 daimi
üzvünün nümayəndləri ilə də görüşüb.