Şimali
Koreyanın nüvə silahı proqramı dair altıtərəfli danışıqlar bu gün başa çatıb.
Ölkə rəsmiləri əcnəbi ekspertlərin nüvə vasitələrinin ləğv olunmasını
yoxlamasına icazə verib. 3 günlük danışıqlardan sonra açıqlanan bəyanatda
deyilir ki, Şimali Koreya ilə Yonqbyon nüvə vasitələrinin oktyabr ayına kimi
ləğv edilməsinə dair razılıq əldə olunub və başqa ölkələr də enerji yardımının
çatdırılmasını söz verib. Tərəflər habelə yoxlanış barədə də razılaşıblar. 6
dövlətin ekspertləri sənədləri nəzərdən keçirəcək və texniki heyətlə müsahibə
aparacaq. Qeyd edək ki, Şimali Koreyanın nüvə proqramına dair danışıqlar 9
aylıq fasilədən sonra cümə axşamı yenidən bərpa olunmuşdu.