Accessibility links

İran nüvə obyektlərinə hücum şayiələrini rədd edir


İran şayiələri rədd edərək, ölkənin mübahisəli nüvə proqramına hücum riskinin olmadığını bildirib. İranın rəsmi İRNA xəbər agentliyi bu gün xarici işlər naziri Manuçöhr Möttəkiyə istinadən bildirib ki, nə İsraildəki “Sionist rejim,” nə də ki, ABŞ yeni böhrana daxil olmaq qabiliyyətində deyil. Hökumət sözçüsü Qulam Hüseyn Elham deyib ki, İrana qarşı hər hansı hücum dəlilik və axmaqlıq olardı. Bu şərh İranın keçirdiyi raket sınağının ölkənin nüvə fəaliyyətləri ətrafında narahatlıqları və gərginlikləri artırmasından bir neçə gün sonra səslənib. Dünən açıqlanan bəyanatda isə Avropa Birliyi sınağa görə narahatlığını bildirmiş və rəsmi Tehranı nüvə proqramının danışıqlar vasitəsilə həll olunmasına çağırmışdı.

XS
SM
MD
LG