Accessibility links

Roma Papası Avstraliyaya yola düşüb


Roma Papası XVI Benedikt Roma Katolik Kilsəsinin Dünya Gənclər gününün təntənəli şəkildə qeyd olunacağı Avstraliyanın Sidney şəhərinə gedib. Benediktin təyyarəsi bu gün günorta saatlarında Sidney şəhəri ətrafındakı hərbi bazaya enib. Orada Papanı baş nazir Kevin Rud daxil olmaqla, hökumət və kilsə rəsmiləri qarşılayıb. Uçuşu zamanı Roma Papası jurnalistlərə deyib ki, 10 günlük dua mərasimləri zamanı o, seksual zorakılıqların qurbanları ilə barışıq barədə iş aparacaq. Sidney arxiyepiskopu Kardinal Corc Pel uşaqları seksual istismar etməkdə ittiham olunan keşişi müdafiə etdiyinə görə tənqidə məruz qalıb. Kardinal hər hansı yanlış hərəkəti rədd etsə də, pozuntularla bağlı halların kilsənin adına ləkə gətirdiyini bildirib.

XS
SM
MD
LG