Accessibility links

Əli Babacan İranla nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həlli qərarından razı qalıb


Türkiyənin xarici işlər naziri Əli Babacan beynəlxalq ictimaiyyətin İranla nüvə proqramı məsələsini danışıqlar yolu ilə həlli qərarından razı olduğunu bildirib. Cənab Babacan bu açıqlamanı bu gün Ankarada, ABŞ-ın Milli Təhlükəısizlik üzrə məsləhətçisi Stefen Hadli ilə görüşündən sonra, birgə keçirdikləri mətbuat konfransında verib. Türkiyə rəsmisi bildirb ki, o, İranın nüvə proqramını cənab Hadli ilə müzakirə edib.

Cənab Stefen Hadlinin Türkiyədə səfərdə olarkən Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan və ölkə prezidenti Abdulla Güllə də görüşlər keçirməsinə baxmayaraq, o, İran haqda müzakirələr barədə məlumat verməyib.

XS
SM
MD
LG