Accessibility links

Amerika İranla ümimi dil tapmağa çalışır


ABŞ-la İran arasında diplomatik qarşıdurma artıq 30 ildir davam edir. Lakin indi Amerikanın mövqeyində ciddi dəyişiklik müşahidə edilir. Ağ Evin İranın nüvə proqramından əl çəkməsini israr etməsinə baxmayaraq, İranın raket sınağı keçirməsindən bir həftə sonra Ağ Ev İranla müzakirə üçün nümayəndəsini Cenevrəyə göndərir. ABŞ dövlət katibi Kondoliza Rays bidlirib ki, bu qərar Amerikanın İranla ümimi dil tapmaq səylərini nümayiş etdirir. ABŞ İranın BMT-nin həvəsləndirici təkliflər planını qəbul edəcəyinə ümid bəsləyir. Bu yaxınlarda İran prezidenti Mahmud Əhmədinejad İranın Amerika ilə bərabər şərtlər əsasında danıqışlar keçirə biləcəyini demişdi. Şənbə günü İsveçrə danışıqlarında Amerikanın yüksək səlahiyyətli diplomatı Uilyam Börnslə İran nümayəndəsi Səid Cəlili iştirak edəcək. Danışıqların diqqət mərkəzində İranın nüvə fəaliyyətlərinin dayandırılması məsələsi yer almalıdır. Cenevrədə təşkil ediləcək görüş Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer Solananın başçılığı altında keçiriləcək.

XS
SM
MD
LG