Accessibility links

Barak Obamanın Əfqanıstan və Iraqa səfər planı rəqibi Con Makkeyn tərəfindən qarışıq reaksiya ilə qarşılanıb


ABŞ Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obamanın Əfqanıstan və Iraqa səfər planı rəqibi Con Makkeyn tərəfindən qarışıq reaksiya ilə qarşılanıb. Bu gün Miçiqan ştatında çıxış edən cənab Makkeyn deyib ki, o, Obamanın İraqa səfər edəcəyindən məmnundur və şaddır ki, Obama ilk dəfə olaraq ABŞ qüvvələrinin komandiri general Devid Petreusla görüşəcək. Amma Makkeyn Obamanın əvvəllər qoşun artımına qarşı çıxmasını tənqid edib. Obama deyib ki, Iraq müharibəsi diqqəti Əfqanıstandakı mübarizədən yayındırır. Cənab Makkeyn isə təəccübləndiyini bildirib ki, Əfqanıstana səfər etməzdən öncə cənab Obama bu ölkə ilə bağlı xarici siyasət kursunu açıqlayıb.

XS
SM
MD
LG