Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, kürd
qiyamçıları bu ayın əvvəllərində girov götürdikləri 3 alman turisti azad
ediblər. Xarici işlər naziri Əli Babacan Almaniya xarici işlər naziri
Frank Valter Ştaynmayerə zəng edərək deyib ki, hazırda almanlar təhlükəsizdir
və Türkiyə hökumətinin nəzarəti altındadırlar.
PKK adı ilə tanınan Kürdistan Fəhlə Partiyasının yaraqlıları 3 alman
alpinisti Ağrı vilayətinin Ararat dağında girov götürmüşdü. Alman alpinistlər 13 nəfərdən ibarət
alpinist heyətinə daxildir. PKK bildirmişdi ki, Almaniya hökuməti qiyamçıları
dəstəkləyənlərə qarşı həyata keçirdiyi kampaniyasını dayandırmasa, alpinistləri
azad etməyəcək.