Accessibility links

Əfqanıstanda anlaşılmazlıq 9 polisin həyatına son qoyub


Əfqanıstan rəsmiləri deyir ki, yerli polisin beynəlxalq qüvvələrin Taliban yaraqlıları olmasını zənn etməsindən sonra koalisiya qüvvələrinin hava hücumu nəticəsində 9 polis işçisi həlak olub. Farah vilayəti qubernatorunun müavininin sözlərinə görə, tərəflər arasında toqquşma bu gün Farah vilayətinin Anar Derah mahalında baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Həm NATO, həm də ABŞ koalisiya rəsmiləri insidentin araşdırıldığını bildirir. Başqa bir xəbərdə isə deyilir ki, NATO qüvvələri təsadüf nəticəsində 4 əfqan mülki vətandaşı öldürüb. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bildirdiyinə görə, bu hadisə də araşdırılır. Qeyd edək ki, dünən də Paktiya vilayətində 3 mülki vətəndaş həlak olmuş, 4-ü isə yaralanmışdı. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin bədbəxt hadisəyə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

XS
SM
MD
LG