Accessibility links

Barak Obama İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib. İsrail senatorun Yaxın Şərq səfərinin son dayanacağıdır. İordan çayının qərb sahilindəki Ramallah şəhərinə səfəri ciddi təhlükəsizlik ölçüləri altında baş tutub. Barak Obama Ramallahda fələstinlilərin prezidenti Mahmud Abbas və baş nazir Salam Fəyyadla görüşüb. Respublikaçı namizəd Con Makkeyn isə mart ayında Yaxın Şərq səfəri zamanı onlarla görüşməmişdi. Obama bu gün İsrail prezidenti Şimon Pereslə səhər yeməyi zamanı görüşüb, daha sonra isə Holokast memorialı Yad Vaşemi ziyarət edərək, abidə önünə əklil qoyub. İsrail senatorun Əfqanğstan, İraq və İoradniyanın daxil olduğu Yaxın Şərq səfərinin son dayanacağıdır. ABŞ-da yəhudlər arasında keçirilən rəy sorğularına görə, yəhudi seciçilər Obamaya skeptik münasibət bəsləyir. Bu il keçirilən praymerilər zamanı onlar senator Obamanın rəqibi demokrat Hillari Klintona dəstək nümayiş etdirmişdi.

XS
SM
MD
LG