Accessibility links

M.Əhmədinejad Məşhəddə professorlarla görüşüb


İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, hazırda onun ölkəsinin nəzarətində 6 mindən çox uran zənginləşdirən sentrifuqa var. İran mətbuatı bildirir ki, prezident bu sözləri şimal-qərb şəhəri ola Məşhəddə professorlarla söhbətində deyib. İranın başlıca nüvə obyekti olan Natanzda 3 min 5 yüz sentrifuqanın fəaliyyət göstərdiyi bildirilirdi. Aprel ayında prezident Əhmədinejad 6 min yeni sentrifuqanın quraşdırılması barədə planlarını açıqlamışdı. Bu, İranın uranı rənginləşdirmək qabiliyyətini hiss olunan dərəcədə yaxşılaşdıra bilər. Yüksək zənginləşdirilmiş uran nüvə silahlaının hazırlanmasında istifadə oluna bilsə də, İran bildirir ki, onun nüvə proqramı elektrik hasil etmək üçündür. BMT Təhlükəsizlik Şurası uran zənginləşdirilməsini dayandırması üçün İrana 3 dəfə sanksiya tətbiq edib.

XS
SM
MD
LG