İraq
rəsmilərinin bildirdiyinə görə, Bağdadda dini mərasim zamanı 3 intiharçı hücumu
nəticəsində uşaqlar da daxil olmaqla 28 nəfər həlak olub, 90 nəfər isə
yaralanıb. Polis ilkin məlumatların intiharçıların 3-nün də qadın olduğunu
göstərdiyini bildirib. Bombalar bu gün Karrada məhəlləsində minlərlə zəvvar
paytaxt Bağdadın şimal hissəsindəki
Qədimiyyə məscidinə gedən zaman
baş verib. İraqın şimalında rəsmilərin
bildirdiyinə görə, Kərkük şəhərində baş verən başqa bir partlayış
nəticəsində yerli seçki qanununun əleyhinə nümayişdə iştirak edən 22 nəfər
həlak olub. Hadisə zamanı 80 nəfər də yaralanıb.