Accessibility links

Ayətulla Əli Xameneyi ölkəsinin nüvə texnologiyasını inkişaf etdirəcəyini deyib


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi Qərbin uran zənginləşdirilməsi proqramının dayandırılması çağırışlarına baxmayaraq, ölkəsinin nüvə texnologiyasını inkişaf etdirəcəyini deyib. Ayətullanın dedikləri İranın dövlət mediası tərəfindən yayımlanıb.

ABŞ və daha beş ölkənin İrana təqdim etdiyi həvəsləndirici təkliflər paketinin qəbul etməsinin son möhləti şənbə günü başa çatır. ABŞ dövlət katibi Konodoliza Rays İranı təkliflər paketini qəbul etməyə çağırır. BMT-nin Təhlükəsizlik Şurasının artıq 3 sanksiyası qarşısında İran prezidenti Mahmud Əhmədinejad deyir ki, Tehran Vaşqintonla ortaq zəmin əldə edilməsini istəyir.

XS
SM
MD
LG