Accessibility links

ABŞ prezidenti Milli Kəşfiyyat direktorunun səlahiyyətlərinin genişləndirilməsi haqda fərman imzalayıb


ABŞ rəsmiləri deyirlər ki, prezident Corc Buş imzaladığı son fərmanda kəşfiyyatın toplanması və onun ABŞ agentlikləri arasında bölüşdürlməsinin yeni qaydalarını təsbit edir. Sərəncamda hər bir agentliyin funksiyaları aydın göstərilir. Sənəd həmçinin kəşfiyyat direktoru Mayk MkKonelin səlahiyyətlərini genişləndirir və ona kəşfiyyat siyasətinin ümumi kursunu müəyyənləşdirməyi həvalə edir. Bundan əvvəl kəşfiyyat məsələlərində başlıca rolu Mərkəzi Kəşfiyyat Agentliyi oynayırdı.

XS
SM
MD
LG