Türkiyənin
cənubunda yataqxanada baş verən partlayış nəticəsində 16 məktəbli qız həlak
olub. Daşkənd rəsmiləri deyir ki, qızlar yatan zaman 3 mərtəbəli binada qaz
sızması səbəbilə partlayış baş verib. Türkiyə daxili işlər naziri Bəşir
Atalayın sözlərinə görə, xilas edilən 27 qızın bəzilərində ciddi yanıq yaraları
var. Xilasetmə işçiləri dağıntılar altından hələ də insan səslərinin eşidildiyini
bildirirlər. Rəsmilər binanın dağıntıları altında 12-dən çox qızın qaldığından
narahatdırlar. Rəsmilərin sözlərinə görə, yataqxanada Quran dərslərinə qatılan
8-16 yaş aralarında qızlar qalırdı.
Bina dini fonda məxsusdur.