Accessibility links

Metyü Brayza Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirib


Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Metyü Brayza, Yuri Merzlyakov və Bernar Fasye iştirak ediblər.

Moskvaya yola düşməzdən əvvəl ABŞ Dövlət katibinin yardmçısı Metyü Brayza Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Onun sözlərinə görə, həmsədrlər tərəfləri gərginliyə yol aça biləcək hər hansı bir addımdan çəkinməyə çağırırlar.

Cənab Brayza deyib ki, onun Azərbaycanda keçirdiyi bütün görüşlərdə, istər rəsmi şəxslər olsun, istərsə də adi insanlar o, azərbaycanlıların müharibə tərəfdarı olmadığının şahidi olub.

O bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində inkişafın olmadığına görə narazılıq var. Lakin eyni zamanda, o, prezident İlham Əliyevin Sankt-Peterburqda Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra verdiyi bəyanata diqqəti çəkərək, onun Minsk prosesinə tam sadiq olduğunu qeyd edib. "O, Xarici İşlər naziri Elmar Məmmədyarova erməni həmkarı ilə tərəflər arasında baza prinsiplərinin yekunlaşdırmasına imkan vermək üçün yerdə qalan fikir ayrılıqlarının nədən ibarət olduğunu müəyyən etməyi həvalə etdi. Bizim də işimizin əsasında bu durur və mən də Moskvaya buna görə gedirəm".

Dağlıq Qarabağ münaqişəsinin nizaimlanması istiqamətində tərəqqi varmı sualını cavablandıran Metyu Brayza inkişafa nümunə kimi Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü göstərib: "Mən iyun ayında görüşə prezidentlər arasında hər hansı bir səviyyədə etibarın yaranıb-yaranmayacağı və onların çətin qərarlar və siyasi riskləri əhatə edəcək bir kursu götürmək üçün bir-birilə təmas qura bilib-bilməyəcəkləri sualı ilə gedirdim. Görüşdən sonra prezidentlərin bəyanatları bunun baş verdiyini, onların təmas qura bildiyini və ümid edirəm, etibarın yarandığını deməyə əsas verir".

Metyü Brayza bildirib ki, hər iki prezident xarici işlər nazirlərinə işi davam etdirməyi və Minsk qrupunun həmsədlərinin noyabr ayında təklif etdiyi baza prinsipləri üzrə razılığın əldə edilməsinə mane olan fikir ayrılıqlarını həll etməyi tapşırdılar və bu da onun dediyi kimi inkişafdır.

Lakin o deyib ki, əsaslı dönüş yoxdur. Bununla belə. o, yaradıcı bir atmosferin olduğunu, bununla yanaşı, Azərbaycanda münaqişənin həll olunmamasına görə naratlığlın mövcudluğunu qeyd edib. Cənab Brayza deyib ki, Kosovo, Cənubi Osetiya və Abxaziyaya görə, ikili standarların olduğunu düşünülür, ya da buna presedent kimi baxırlar. "Belə ki, Kosovonun beynəlxalq presedent yaratdığını və beləliklə, də bizim ərazi bütövlüyünün tanınması kimi prinsipdən geri çəkildiyimiz haqda fikirlər söylənilir"-deyə Brayza sözünə davam edib.

O deyib ki, fundamental olaraq, bütün münqişələrin həllində bu prinsip çıxış nöqtəsidir. Dağlıq Qarabağın misalında ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq münaqişənin nizamlanması prosesində ya bu, sülh yolu ilə həll olur ki, burada da ərazi bütövlüyu prinsipi və öz müqəddəratını tanımaq kimi beynəlxalq prinsip arasında kompromis əldə edilir. Onun bildirdiyinə görə, Kosovo məsələsində münaqişənin sülh yolu ilə həllinə nail olunmadı.

"Kosovo məsələsində sülh yolu ilə alınmadı. Bu, keyfiyyət baxımından fərqli situasiyadaır. Bu presedent deyil, unikal vəziyyətdir."-deyə o, fikrini tamamlayıb.

ABŞ hökumətinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində nə kimi addımlar ata biləcəyi sualının cavabında Metyü Brayza deyib ki, Amerika münasibətlərin normallaşmasının şahidi olmaq istəyir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri həmçinin bildirib ki, Amerika bu münasibətlərin Azərbaycan-Türkiyə əlaqələrinə mənfi təsirini görmək istəməzdi. O, ölkələrin olduqca həssas diplomatiya həyata keçirməli olduğuını deyib. Metyü Brayza bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir göstərə bilər.

XS
SM
MD
LG