ABŞ prezidenti Corc Buş bir daha Konqresi yüksək neft qiymətlərinə görə
ölkə daxilində neft istismarına dair qanunun təsdiqinə çağırıb.
Həftəlik radio müraciəti zamanı prezident demokrat liderləri avqust ayı
tətilindən əvvəl qanunla bağlı səsvermə keçirilmədiyinə görə tənqid
edib. Corc Buş offşor neft hasilatına qoyulan qadağanın ləğvinin 18
milyard barrel neft istehsalına yol aça biləcəyini deyib. Prezident
bunun Amerikanın işçi sinfi və bizneslərinə yeni imkanlar açacağını
bildirib. Demokratların əksəriyyəti ölkə daxilində neft istismarının
yüksək qiymətlərə təsirinin illərlə vaxt aparacağını deyir.