Accessibility links

Cənubi Osetiyadan yüzlərlə qadın və uşaq Rusiyaya qaçıb


Gürcüstandan ayrılmaq istəyən Cənibi Osetiyadan yüzlərlə qadın və uşaq yenidən başalayn döyüşlərin daha da genişlənməsi qorxusu ilə bu gün qonşu Rusiyaya qaçmağa başlayıb. Bu, Rusiya tərəfdarı separtaçılar və Gürcüstan hərbi qüvvələri arasında iki gün sürən döyüşlərdən sonra baş verib. Döyüşlər azı altı adamın ölümü, 15 nəfərinsə yaralanması ilə nəticələnib.

Moksvada bu gün Rusiya Xarici İşlər nazirliyi bildirib ki, Cənubi Osetiya genişmiqyaslı münaqişəyə yaxındır. Nazirliyin bəyanatında deyilir ki, Tbilisi hökuməti ərazidə hərbi manevrlər keçirməklə gərginliyi qızışdırır. Bəyanatda separatçılar və hökumət maksimum təmkin göstərməyə çağırılır.

XS
SM
MD
LG