Accessibility links

Rusiya ABŞ-ın raketlərdən müdafiə sistemi müqabilində Belarusda hərbi mövcudluğunu artıra bilər


Rusiyanın Belarusdakı səfiri bildirib ki, Birləşmiş Ştatlar şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarını inkişaf etdirsə, Rusiya Belarusda hərbi mövcudluğunu artıracaq. Səfir Aleksadr Surikov müxbirlərə deyib ki, Rusiyanın Kalininqrad bölgəsində də adi raketlər və bombardmançılar yerləşdiriləcək. Bununla belə, o bildirib ki, Rusiya öz ərazisindən kənarda nüvə silahları yerləşdirməyəcək.

Rusiya ABŞ-ın Polşada 10 raket tutan qurğu, Çex Respubklikasında isə radar sistemi yerləşdirmək planlarına sərt cavab verəcəyinə söz verib. Rəsmi Moksva raketlərin yerləşdirilməsini Rusiyanın təhlükəsizliyinə hədə adlandırır.

XS
SM
MD
LG