Accessibility links

Bin Ladenin sürücüsü terrorizmi dəstəkləməkdə günahkar tanınıb


ABŞ hərbi qüvvələrinin zabitlərindən ibarət münsiflər məhkəməsi Əl-Qaidə lideriin keçmiş sürücüsü Səlim Həmdanı terrorizmə dəstək verməkdə günahkar tanıyıblar. Qərar ABŞ-ın Kubada Quantanamda hərbi bazasında ilk tam məhkəmə prosesinndən sonra bu gün elan edilib. Həmdan ömürlük həbs cəzasına məhkum edilə bilər.

Ağ Ev bildlrib ki, Həmdanın hərbi məhkəməsi ədalətli keçib. Ağ Evin mətbuat katibi Toni Fratto bildirib ki, Həmdana özünü müdaifə etmək imkanı verilib.

İki həftə sürən məhkəmə zamanı prokurorlar Həmdanın Əl-Qaidənin fəal üzvü olaraq, terror qruplarına silah çatdırdığını və Bin Ladeni qorumağa kömək etdiyini bildiriblər. Lakin müdafiə yəmənli Həmdanın Əl-Qaidə üzvü olmadığını bildirib. Həmdan 2002-ci ildə həbsxana açıldıqdan sonra Quantanamoda məhkəməsi keçirilən ilk məhbusdur.

XS
SM
MD
LG