Türkiyə rəsmilərinin bildirdiyinə görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsindəki texniki qurğularda yanğın baş verib və buna görə neftin nəqli dayanıb, ancaq neft kəmərinə zərər deyməyib. Neft alternativ yollarla göndərildiyinə görə Ceyhandan neft ixracının dayandırılmasına ehtiyac qalmayıb.
Yanğının səbəbi hələlik
bilinməsə də Türkiyə mətbuatı rəsmilərin terror aktını istisna etdiklərini bildirib. Yanğın nəticəsində
zərər çəkənlərin olub olmadığı barədə məlumat verilməyib.