Accessibility links

Corc Buş Olimpiadanın açılışında iştirak etmək üçün Çinə gedib


ABŞ prezidenti Corc Buş 2008-ci il Olimpiya oyunlarının keçirildiyi Çindədir. Olimpiadaya yola düşməzdən əvvəl o, Çində insan hüquqlarının vəziyyətini tənqid edib. Bu gün səhər Tailandın paytaxtı Bankokda prezident Buş Çini insan hüquqlarına hörmət göstərməyə çağırıb. ABŞ dövlət başçısı Çinin Amerika ilə iqtisadi və diplomatik əməkdaşlığını yüksək qiymətləndirsə də, ABŞ-ın Çində siyasi, insan hüquqları və dini fəalların həbsi əleyhinə olğdunu bildirib. Corc Buş Çini vətəndaşlarına etimad etməyə, onlara azadlıq verməyə çağırıb. O deyib ki, Çinin inkişafı üçün bu yeganə yoldur. ABŞ prezidenti Corc Buş Asiya ölkələrini yoxsulluqla mübarizə səylərinə görə alışlayaraq, Tailand, İndoneziya, Hindistan və Yaponiya kimi ölkələrin regionu azad ticarət yolu ilə silahlı münaqişələrdən uzaq tutduğunu bildirib.

XS
SM
MD
LG