Accessibility links

Amerikalı üzgüçü Maykl Felps Olimpiya qızılını aldı


Amerikalı üzgüçü Maykl Felps Pekin Olimpiadasında üzgüçülük üzrə yarışlarında dünya rekordunu vuraraq qızıl medal alıb. Felps kişilər arasında qarışıq üsulla 400 metr məsafəyə üzgüçülük üzrə yarışda özünün əvvəlki dünya rekordunu bir saniyə yarım təzələyib.

Maykl Felps Pekində səkkiz qızıl medal almağa çalışır.

Avstraliyalı Stafani Rays qadınlar arasında 400 metr məsafəyə üzgüçülük üzrə yarışda dünya rekordu vuraraq qələbə çalıb. Cənubi Koreya və Niderlanda da üzgüçülük üzrə yarışlarda qızıl medallar qazanıblar.

Pekin Olimpiadasında debyütünü edən Azərbaycan idmançısı Ramil Qasımov cüdo üzrə yarışda rusiyalı Alim Qadanova məğlub olub.

XS
SM
MD
LG