Accessibility links

Zimbabvedə son danışıqlar keçirilir


Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbeki hakimiyyətin bölüşdürülməsi ətrafında son çəhdi çərçivəsində Zimbabve siyasi liderləri ilə danışıqlar aparır. Prezident Robert Muqabe, əsas müxalifət lideri Morqan Çanqiray və kiçik müxalif fraksiyanın rəhbəri Artur Mutambara bu gün Harere də bir hoteldə qapalı danışıqlar keçirib. Zimbabve dövlət mətbuatı deyir ki, hakim Zanu-PF partiyası və müxalif Demokratik Dəyişiklik Hərəkatı əsas məsələlərdə razılığa gəlib. Hərəkat liderləri isə bu məlumatı təsdiq etməyib. Cənubi Afrika Respublikasının prezidenti cənab Mbeki danışıqlara vasitəçilik etmək üçün Harareyə dünən gəlmişdi.

XS
SM
MD
LG