Pakistanın
hakim koalisiyasının rəsmiləri prezident Pərviz Müşərrəfin istefasına çağırıblar.
Onlar impiçment üçün kifayət qədər dəstəyə malik olduqlarını bildirib. Pakistan
Ədliyyə naziri Faruq Naek deyir ki, ali rəsmilər bu gün impiçment ittihamları
siyahısını hazırlayıb. Buraya konstitusiyanın pozulması və səlahiyyətlərindən
düzgün istifadə etməmək daxildir. Naek və başqa koalisiya rəsmilərinin
sözlərinə görə, Demokratiya və dövlətin inkişafı üçün cənab Muşərrəf bazar
ertəsi günü impiçment proseduru başlamamışdan öncə istefa verməlidir.
Prezidentin istefaya göndərilməsi üçün pakistan parlamentinin hər iki
palatasında 3-də iki üstünlük tələb olunur. Cənab Müşərrəfin dəstəkçiləri deyir
ki, prezidentin istefa vermək planı yoxdur.