Accessibility links

ABŞ prezidentliyinə namizədlər Gürcüstana qarşı hücumları qınayırlar


ABŞ prezident seçki kampaniyasında hər iki namizəd, respublikaçı Makkeyn və demokrat Obama Rusiyanın Gürcüstana qarşı hərbi hücumunu qınayıblar. Obama deyib ki, Rusiya münaqişəni qızışdıraraq, onun mübahisəli Cənubi Osetiya ərazisinin hüdudlarından xeyli kənara çıxıb və Gürcüstanın daxilində hücumlara heç cür bəraət qazandırmaq olmaz. İllinoys ştatından senator BMT Təhlükəsizlik Şurasını zorakılığa dərhal son qoylmasını tələb edən qətnamə qəbul etməyə çağırıb. O deyib ki, Rusiyanın bu hücumları “suverenliyin və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış hüdudlarının açıq şəkildə pozulmasıdır.”
Respublikaçı senator Con Makkeyn BMT Təhlükəsizlik Şurasını Rusiyanın aksiyalarını qınayan qətnamə qəbul etməyə çağırıb. Con Makkeyn atəşkəs tələbi, Cənubi Osetiyada sülhümühafizə qüvvələrinin yerləşdirilməsi və NATO-nun Rusiya ilə gələcək münasibətlərinin müzakirəsi məqsədilə alyansın təcili iclasına çağırıb. Arizona ştatından senator deyi ki, Gürcüdtanın müstəqil dövlət kimi mövcudluğu və onun demokratik yolla seçilmiş hökumətinin hakimiyyətdə qala bilməsi kimi məsələlər ortaya atılıb.



XS
SM
MD
LG