ABŞ üzgüçüsü Maykl
Felps Pekin Olimpiya Oyunlarında 7-ci qızıl medalını qazanaraq, bir
olimpiyadada ən çox qızıl medal qazanan Mark Spitzin rekorduna yaxınlaşıb.
Felps bu gün baterflay üsulu üzrə 100 metrlik məsafədə qalib gəlib. Son anadək
amerikalı üzgüçü 7-ci yerdə gedirdi. 2-ci yeri tutan serbiyalı Milorad Kaviclə
saniyə fərqi o qədər az olub ki, serbiyalı üzgüçü Olimpiya komitəsinə etiraz
edib. Bu gün habelə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik komandaya
bürünc medal qazandırıb. Qadınlar arasında sərbəst güləş üzrə 48 kiloqramda
mübarizə aparan Stadnik bürünc medal uğrunda döyüşdə Tatyana Bakatyuka 10-1
hesabı ilə qalib gəlib. Digər qadın güləşçi Yelena Komarova və boksçu Samir
Məmmədov isə bu gün məğlub olaraq, yarışlardan kənarda qalıblar.